İsrail ordusu: HƏMAS-a atəşkəsdən sonra da hücum hüququnu özümüzdə saxlayırıq

İsrail ordusu: HƏMAS-a atəşkəsdən sonra da hücum hüququnu özümüzdə saxlayırıq

Mümkün atəşkəs razılaşmasının şərtlərinə görə İsrailin qoşunları bu zonadan ayrılsa da, ölkənin ordusu Misir sərhədi yaxınlığındakı Qəzza zolağında HƏMAS hərəkatına hücuma davam edə bilər.

“The Times of Israel” xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi Hersi Halevi əraziyə səfəri zamanı bildirib.

“Filadelfiya dəhlizində qalmağımıza qərar versələr, mövqeyimizi necə möhkəm tutacağımızı bilirik. Əgər onlar qərara gəlsələr ki, lazım olsa biz yalnız zonanı izləməli, reydlər keçirməliyik, bunu necə edəcəyimizi bilirik”, – o deyib.

Halevi, İsrailin HƏMAS-ın Qəzzaya silah qaçaqmalçılığı üçün istifadə etdiyini söylədiyi “Filadelfiya dəhlizi”nə nəzarətin vacibliyini qeyd edib: “HƏMAS-ın potensialının gücləndirilməsi bu zonanın istifadəsindən asılıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − ten =