“Bloomberg”: İran Hayfa ətrafındakı infrastruktura hücum edə bilər

“Bloomberg”: İran Hayfa ətrafındakı infrastruktura hücum edə bilər

İran və ya bir sıra iranpərəst qruplar İsrail vətəndaşları arasında itkilərin qarşısını almaq üçün Hayfa şəhəri yaxınlığındakı infrastruktura zərbələr endirə bilər.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətlinə verilən cavablardan biri də İsrailin Hayfa şəhəri ətrafındakı infrastruktura hücum ola bilər ki, bu da mülki əhali arasında itkilərə səbəb olmayacaq.

Qeyd edilir ki, mülki itkilər İsrailin dağıdıcı reaksiyasına səbəb ola bilər.

“Daha böyük zərbə, ehtimal ki, İsrailin nüvə reaktoru və hərbi obyektlərini əhatə edə bilər”, – agentlik bildirib.

Mənbələr İranın “dağıdıcı kiberhücum” həyata keçirəcəyini də istisna etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + eight =