ABŞ ordusu Yəmənə zərbələr endirib
Bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” səhifəsində məlumat yayıb.
“CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə PUA-nı uğurla məhv edib”, – məlumatda deyilir.
Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.