İraq Baş naziri: Bu il 23 milyon Ərbəin zəvvarı gözləyirik

İraq Baş naziri: Bu il 23 milyon Ərbəin zəvvarı gözləyirik

İraq Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd Şia əs-Sudani Ərbəin yürüşünün xüsusi təhlükəsizlik planının icrasının gedişatını yoxlamaq üçün Daxili İşlər Nazirliyinin Əməliyyat Mərkəzini ziyarət edib.

O, ölkənin təhlükəsizlik qüvvələrinin komandanları ilə görüş zamanı Ərbəin zəvvarlarınnı təhlükəsizliyinin təminatı istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Güc və hərbi qurumların, daxili işlər naziri və birgə əməliyyatlar komandanının müavininin iştirakı ilə keçirilən iclas zamanı əs-Sudani Kərbəlaya doğru addımlayan Ərbəin zəvvarlarının keçəyəcəyi ölkənin bütün 15 əyalətlərinə dair təhlükəsizlik planları ilə tanış olub.

O, təhlükəsizlik qüvvələrinə Məhərrəm ayının ilk günündən göstərdikləri xidmətlərə təşəkkür edib.

“Gözlənilir ki, bu il iraqlı və xarici zəvvarların sayı 23 milyon nəfərə çatacaq. Bu, göstərilən səylərin iki dəfə artırılmasını və bütün detalları və məsuliyyəti yenidən (yaxşı şəkildə) gözdən keçirməyi, həmçinin xarici zəvvarların ölkəyə girişini sadələşdirməyi (rahatlaşdırmağı) tələb edir”, – deyə bildirib.

İraq Baş naziri qeyd edib ki, hər gün müxtəlif sərhəd keçidlərindən İraqa 140 mindən çox xarici zəvvar gəlir, odur ki, zəvvarların hərəkəti prosesi rahat və təhlükəsiz şəraitdə keçməlidir.

O, Ərbəin yolundakı xeymə sahiblərinin və vətəndaşların zəvvarlara xidmət yolundakı səylərini vurğulayıb, onların bu işdə dövlət və xidməti qurumlara dəstək göstərdiyini bildirib.

Əs-Sudani təhlükəsizlik sektorlarına və nazirliklərə əyalət qubernatorları ilə tam koordinasiyanın təmin edilməsini və mümkün problemlərin mülki müdafiə idarəsi vasitəsilə həlli və ya qarşısının alınması üçün lazım və mümkün olan hər bir şeyi etməyi tapşırıb.

O deyib ki, ölkə yollarında, məxsusən də zəvvarların marşrutlarındakı yollarda qəzaların minimuma endirilməli olduğunu və İraq qüvvələrinin zəvvarların olduğu və keçdiyi bütün mövqelər və marşrutlarda xidmət göstərməli olduğunu bəyan edib.

Az.shafaqna.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − eight =