İran SQ Baş Qərargahı Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatı təkzib edib

İran SQ Baş Qərargahı Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatı təkzib edib

İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” agentliyinin İslam Respublikası Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərinə dair məlumatını təkzib edib.

Bu barədə İran Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.

“Fars” agentliyinin helikopterin qəzaya uğramasında amillərdən biri kimi təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə edə bilməməsi barədə məlumatı yalandır”, – bəyanatda deyilir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı mediadan müdafiə və təhlükəsizlik mövzusunda xəbərlərin dərcini qurumla əlaqələndirməyi, operativliyə görə dəqiqliyi qurban verməməyi və düşmənlərə sui-istifadə üçün səbəb verməməyi tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + four =