Harris Amerikanın anti-İran mövqeləri və sionist rejimə dəstəyini vurğulayır
Qarşıdan gələn ABŞ prezident seçkilərində Demokratların namizədi Kamala Harris ABŞ-ın anti-İran mövqeyini dəstəkləyərək “İsrailin özünü müdafiə etmək hüququ” hesab etdiyi mövqeyi qoruyub-saxlayacağına əmin olduğunu deyib.
İRNA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris dünən axşam (22 avqust) çıxışı zamanı Qəzzada baş verənlərin sarsıdıcı və ürək ağrıdan olduğunu qeyd edərək deyib: İsrailin özünü müdafiə etmək haqqı var və o, bunu dəstəkləyəcək.
Kamala Harris sonra deyib: Prezident Bayden və mən bu müharibəni bitirmək üçün çalışırıq. İsrailin təhlükəsiz olması, girovların azad edilməsi, Qəzzanın acınacaqlı vəziyyətinə son qoymaq və Fələstin xalqının layiq olduğu təhlükəsizlik, azadlıq və özünə hörmət hüququna malik olması üçün əlimizdən gələni əsrigəmirik.
Harris daha sonra ABŞ-ın anti-İran iddialarını təkrarlayaraq deyib: Mən İrana qarşı güclərimizi və maraqlarımızı müdafiə etmək üçün lazım olan hər hansı bir addımı atmaqdan heç vaxt çəkinməyəcəyəm.