Əraqçi: 14-cü hökumətin yanaşması Livanın sionist rejimə qarşı müqavimətini dəstəkləməyə davam etməkdir

Əraqçi: 14-cü hökumətin yanaşması Livanın sionist rejimə qarşı müqavimətini dəstəkləməyə davam etməkdir

İran Xarici İşlər naziri livanlı həmkarı ilə söhbətində İran İslam Respublikasının yeni hökumətdə Livanın hökumət və xalqına sionist rejimin təcavüzünə qarşı müqavimətində dəstəyinin davam edəcəyini vurğulayıb.

Livanın Xarici İşlər naziri Abdullah Buhəbib telefon danışığında Seyid Abbas Əraqçini İran İslam Respublikasının Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib və Əraqçıya bu vəzifədə uğurlar arzulayıb.

Əraqçi bu söhbətdə İran İslam Respublikasının yeni hökumətinin Livanın hökumət və xalqına sionist rejimin təcavüzünə qarşı müqavimətində dəstəyin davam etdirilməsindəki yanaşmasını vurğulayıb.

Livanın xarici işlər naziri də İran İslam Respublikası ilə Livan arasında əlaqələr və əməkdaşlıqların inkişafı və möhkəmləndirilməsi prosesinin davam edəcəyinə ümidvar olduğunu bildirib.

Əraqçi və Buhəbib həmçinin sionist rejimin Fələstində hərbi cinayətlərinin davam etməsi səbəbindən son regional hadisələr və bu rejimin Livana təcavüzü ilə bağlı fikir mübadiləsi aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 3 =