Rusiyada dustaqlar qiyam qaldırdı: ölənlər var

Rusiyada dustaqlar qiyam qaldırdı: ölənlər var

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı Cəzaçəkmə Müəssisəsinin dustaqları qiyam qaldırıblar.

Bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, dustaqlar qiyam zamanı girovlar götürüblər. Həbsxananın rəisi 45 yaşlı Andrey Devyatov qiyamçılar tərəfindən girov saxlanılır.

Federal Penitensiar Xidmətin 1 əməkdaşı öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb.

***

“Baza” Teleqram kanalının məlumatına görə, öldürülənlərin sayı 3-ə çatıb. Həbsxana rəisi Andrey Devyatov ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Qiyamçılar iki milyon dollar və helikopter tələb ediblər.

Rusiyada dustaqlar qiyam qaldırdı: ölənlər var

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =