Gecə-gündüz hərəkətdə olan “Ərbəin” zəvvarlarına Gürcüstan xeymələrinin ehsanları davam edir

Gecə-gündüz hərəkətdə olan “Ərbəin” zəvvarlarına Gürcüstan xeymələrinin ehsanları davam edir

Artıq bir neçə gündür ki, gecə-gündüz Hz Peyğəmbərin əziz nəvəsi, şəhidlər sərvəri İmam Hüseynin (ə) ziyarətinə tələsən “Ərbəin” zəvvarlarına Gürcüstan xeymələrinin ehsanları davam edir. 24News.ge xəbər verir ki, hazırda yardım sevər insanların maddi dəstəyi ilə Nəcəf-Kərbəla yolunda Gürcüstandan gedən zəvvarlar üç xeymədə ehsanlar paylayırlar. Belə ki, Nəcəf-Kərbəla yolunda yerləşən 387-ci dirəkdə “Borçalı” xeyməsi, 515-ci dirəkdə “Ümmül Bənin xeymesi, 1053-cü dirəkdə isə “Nurul Hüseyn” xeyməsi xidmət göstərir. Burada İmam Hüseyn (ə) zəvvarlarına kabab, plov, fətir, su, meyvə və digər qidalar ehsan edilir. Təşkilatçılar əməkdaşlarmıza müsahibələrində bildiriblər ki, ehsan süfrəsi avqustun 25-i, Kərbala şəhidlərinin 40 mərasiminədək davam edəcək. Qeyd edək ki, 2018-ci ildən Gürcüstan bayrağı altında Kərbəla zəvvarlarına müxtəlif növ qidalar ehsan edilir. Məlumat üçün onu da bildirək ki, bu il Gürcüstandan 1000-dən çox zəvvarın gəldiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + five =