Əraqçi: İran və Küveyt arasında bütün səviyyələrdə əlaqələrin genişlənməsini alqışlayırıq

Əraqçi: İran və Küveyt arasında bütün səviyyələrdə əlaqələrin genişlənməsini alqışlayırıq

İran İslam Respublikasının Xarici İşlər naziri küveytli həmkarı ilə telefon danışığında Tehranın iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə genişlənməsini alqışladığını bildirib.

Küveytin Xarici İşlər naziri Abdullah Əli əl-Yəhya Seyid Abbas Əraqçi ilə telefon söhbətində onu ölkəmizin Xarici İşlər naziri seçilməsi münasibətilə təbrik edib və ona bu vəzifədə uğurlar arzulayıb.

Küveytin Xarici İşlər naziri bu söhbətdə ölkəsinin Tehran və Küveyt arasında əlaqələrin inkişafı və genişləndirilməsi prosesini davam etdirmək iradəsinə işarə edərək, iki ölkə arasında siyasi dialoqların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xarici İşlər naziri Seyid Abbas Əraqçi küveytli həmkarına təbriklərinə görə təşəkkür edərək vurğulayıb: “Tehran iki ölkə arasında əlaqələrin bütün ölçülərdə genişlənməsini alqışlayır.”

Xarici İşlər Nazirliyinin rəhbəri Qərbi Asiya regionunda baş verən hadisələrin mürəkkəbliyinə toxunaraq, iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsini zəruri və konstruktiv adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 4 =