İran səfiri paylaşımına görə Avstriya XİN-ə çağırılıb

İran səfiri paylaşımına görə Avstriya XİN-ə çağırılıb

İranın Avstriyadakı səfiri sosial media hesabında paylaşımına görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, İranın Avstriyadakı səfiri üzərində “Hizbullah qalibdir” mənasını verən Quran ayəsinin yazıldığı Hizbullah bayrağının təsvirini paylaşıb.

“Səfirin paylaşımında “Hizbullah” bayrağının istifadə edilməsini qətiyyətlə pisləyirik”, – deyə Avstriya XİN İran səfirini çağıraraq bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − three =