Bu gün virtual məkan artıq virtual hesab edilmir

Bu gün virtual məkan artıq virtual hesab edilmir

İranın Ali Rəhbəri Əli Xamenei “Telegram” mesencerinin qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

“Kiberməkan yeni bir dünyadır. Bu gün virtual məkan artıq virtual hesab edilmir. O, insanların həyatında bir reallıqdır, hər gün inkişaf edir. Gördünüz ki, bu yazıq gənci (Pavel Durovu nəzərdə tutur – red.) Fransada saxlayıblar və 20 il həbslə hədələyiblər”, – deyə A.Xamenei bildirib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də Parisin Le-Burje hava limanında saxlanılıb və ona qarşı 12 cinayət işi üzrə ittiham irəli sürülüb. İş adamı hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasında və yayılmasında, narkotik vasitələrin əldə edilməsində, satışı və ya ötürülməsində iştirakda, dələduzluqda iştirakda ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + seven =