BƏƏ Yəmənin strateji adasını ABŞ və İsrailə təklif edir

BƏƏ Yəmənin strateji adasını ABŞ və İsrailə təklif edir

ABŞ və İsrailin marioneti olan BƏƏ Yəmənin suveren hüquqlarına məhəl qoymayaraq strateji əhəmiyyətli Sokotra adasında Amerika bazası qurmağa hazırlaşır.

Yəmən Xəbər Portalının məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qüvvələrinin işğalı altında olan Sokotra adasına Amerika əsgərlərinin yerləşdirilməsi üçün intensiv fəaliyyət aparılır.

Sionist İsrail rejiminin də iştirak etdiyi bu çirkli planın məqsədi adadakı mövcud bazanı ABŞ qüvvələrinə təhvil verməkdir.

İmperialist güclərin regionda mövcudluğunu gücləndirmək məqsədi daşıyan bu addımın arxasında ABŞ Mərkəzi Komandanlığının MEAD (ABŞ Yaxın Şərq Hava Hücumundan Müdafiə Alyansı) qərargahını bura köçürmək niyyəti dayanır.

Səna hökuməti BƏƏ və ABŞ-a Yəmən ərazisində heç bir baza yaratmamaq barədə xəbərdarlıq edib və onlara bundan çəkinməyi tövsiyə edib.

Yəmənin qanuni hökuməti olan və Müqavimət Oxunun mühüm bir hissəsi olan Ənsarullah Hərəkatının dəstəklədiyi Səna rəhbərliyi bu təhlükəli cəhdə qarşı sərt xəbərdarlıq edib. 

Səna hökumətinin Müdafiə Nazirliyinin Əxlaqi Rəhbərlik Departamentinin direktor müavini, briqada generalı Abdullah bin Əmir sosial şəbəkədə verdiyi açıqlamada deyib: Yəmən adalarında xarici hərbi bazalar qurmaq meyli bir macəradır, tövsiyə edirik ki, ondan imtina edirsən”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − six =