Əl Qəssam: Hərbi təzyiqlə israilli məhbuslar tabutlarda geri qaytarılacaq

Əl-Qəssam batalyonlarının sözçüsü sionist rejimə hərbi təzyiqlər davam etdiyi və atəşkəs razılaşmasının qarşısı alındığı təqdirdə israilli məhbusları tabutlarda təhvil veriləcəyi barədə xəbərdarlıq edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qolu olan Əl-Qəssam Batalyonlarının sözçüsü Əbu Übeydə dünən axşam (2 sentyabr) deyib:  Girovların ölümünə görə sionist rejim baş naziri Benyamin Netanyahu və bu rejim ordusu qətlə görə məsuliyyət daşıyır.

Əbu Übeydə həmçinin bildirib ki, Nuseyrat hadisəsindən sonra israilli girovların mühafizəçilərinə qarşılıqlı əlaqə və rəftarla bağlı göstərişlər verilib. Netanyahunun razılaşma yerinə hərbi təzyiq yolu ilə məhbusları azad etməkdə israr etməsi, bu girovların tabutda ailələrinə qaytarılacağı deməkdir.

Əl Qəssam sözçüsü qeyd edib: İsrailli məhbusların ailələri uşaqlarının diri və ya ölü qaytarılması arasında seçim etməlidir. Netanyahu qəsdən razılaşmanın qarşısını alır və bunu şəxsi mənafeyi üçün edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + five =