İsrail qüvvələrinin Nablusda nümayişi dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölüb

İsrail qüvvələrinin Nablusda nümayişi dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölüb

İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında keçirilən nümayişi dağıtması nəticəsində xəsarət alan 26 yaşlı türk əsilli ABŞ vətəndaşı ölüb.

Bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Nablusda yerləşən Rafidiya xəstəxanasının direktoru Fuad Nafianın sözlərinə görə, başından yaralanmış qadın tibb müəssisəsinə aparılıb və bir müddət sonra reanimasiyada dünyasını dəyişib.

WAFA-nın məlumatına görə, o, İsrail hökumətinin İordan çayının qərb sahilində yəhudi məskənlərini genişləndirmək siyasətinə qarşı keçirilən etiraz aksiyasında iştirak edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − sixteen =