Sionist media: Qəzzada atəşkəs razılaşmasına nail olmaq şansı azdır
Sionist Radio və Televiziya Təşkilatı İsrail və xarici mənbələrə istinadən Qəzzada razılığın əldə olunması ehtimalının çox az olduğunu bildirib.
Əl Aləm telekanalının bu günkü (6 sentyabr) məlumatına əsasən, etibarlı mənbələr Vaşinqtonla bərabər vasitəçilərin Qəzzada atəşkəs və girov mübadiləsi təklifi üçün uyğun formul yaratmağa çalışdıqlarını qeyd ediblər.
Adı çəkilən mənbələr əlavə ediblər ki, Bayden administrasiyası nə Həmasın, nə də sionist rejimin baş naziri Benyamin Netanyahunun məhbus mübadiləsi razılaşması istəmədiyinə inanır.
Məlumata görə Həmas sionist rejimin canlı məhbuslarının sayının azalmasına baxmayaraq, eyni sayda məhbusun azad edilməsini tələb etdiyini bildiriblər.
Sözügedən mənbələr qeyd ediblər ki, tərəflərin hər biri qarşı tərəfin razılaşmaq istəmədiyinə inandığından razılaşmanın perspektivi yoxdur.
Bu mənbələrə görə, İsrail razılaşma əldə etmək fürsətini boşa verməmək üçün əlindən gələni əsirgəyib.