Yəmən Amerikanın pilotsuz təyyarəsini vurdu

Yəmən Amerikanın pilotsuz təyyarəsini vurdu

Yəmən ordusunun sözçüsü ölkəsinin səmasında Amerika ordusuna məxsus bir casus pilotsuz təyyarənin vurulduğunu bildirib.

İRNA-nın məlumatına görə, Yəmənin Əl Məsirə telekanalı dünən (7 sentyabr) Ənsarullah sözçüsü Yəhya Səriyə istinadən elan edib ki, bu, Amerika ordusunun Yəmən qüvvələri tərəfindən vurulan səkkizinci MQ-9 casus pilotsuz təyyarəsidir.

Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.

Yəmən silahlı qüvvələri bundan əvvəl də ölkənin müxtəlif bölgələrində, xüsusən də “Məarib” vilayətində Amerikanın bir neçə MQ 9 pilotsuz təyyarəsini ələ keçirmişdi.

Yəmən silahlı qüvvələri daha əvvəl də ABŞ, İngiltərə və bütün təcavüzkar qüvvələrin təcavüzünə qarşı mübarizə aparmaq, həmçinin İsrail rejiminin təcavüzü bitənə qədər Qəzzada məzlum Fələstin xalqına dəstək vermək üçün müdafiə qabiliyyətini gücləndirməyə davam edəcəklərini vurğulamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =