İran XİN: “Cənubi Qafqazda kommunikasiyaların bərpasını alqışlayırıq”

İran XİN: “Cənubi Qafqazda kommunikasiyaların bərpasını alqışlayırıq”

“İran Cənubi Qafqazdakı bütün ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmət çərçivəsində regionda kommunikasiya yollarının bərpasını alqışlayır”.

“Tasnim”in xəbərinə görə, bu sözləri Tehranda keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Onun sözlərinə görə, İran öz qonşuluq siyasəti çərçivəsində Cənubi Qafqazda davamlı sülhü dəstəkləyir.

Tehranın fikrincə, bu struktur regionda davamlı sülhün və sabitliyin möhkəmlənməsinə kömək edə bilər.

“İran Cənubi Qafqaz və qonşu ölkələr arasında regional əməkdaşlığa dair vahid regional mexanizm nümunəsi kimi Cənubi Qafqazda “3+3” mexanizmini ciddi şəkildə dəstəkləyir.

Bu istiqamətdə görüşlər təşkil olunub və üzvlər arasında əldə olunan koordinasiya əsasında iclas keçiriləcək”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − seven =