Amerika vətəndaşlarının İsrail tərəfindən öldürülməsinə Vaşinqtonun biganəliyi

Amerika vətəndaşlarının İsrail tərəfindən öldürülməsinə Vaşinqtonun biganəliyi

ABŞ dövlət katibi Entoni Blinken Dominikan Respublikasına səfəri zamanı bəyan edib ki, Vaşinqton 26 yaşlı Amerika vətəndaşının İsrail tərəfindən öldürülməsinə “lazım gələrsə” cavab verəcək.İordan çayının qərb sahilində sionistlər tərəfindən bir Amerika vətəndaşının güllələnməsinə Blinkenin reaksiyası belə olub: “Biz bu faciəvi itkiyə görə təəssüflənirik”.

Amerika-Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygi cümə günü İordan çayının qərb sahilində snayperdən açılan bir başa atəş nəticəsində öldürülüb. Müayinədən sonra onun baş nahiyəsindən hədəf alındığı bildirilib.

ABŞ dövlət katibi Dominikan Respublikasına səfəri zamanı jurnalistlər qarşısında bildirib ki, bu 26 yaşlı Amerika vətəndaşının sionistlər tərəfindən öldürülməsi ilə bağlı o və Co Bayden “səmimi qəlbdən başsağlığı” verir. Blinken nə baş verdiyini dəqiq araşdırdıqdan sonra lazımi nəticə çıxarılacağını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =