Rəsmi Bakı nədən ehtiyatlanır?

Rəsmi Bakı nədən ehtiyatlanır?

Azərbaycan Respublikası Ermənistanın razılaşdırılmış müddəalar əsasında sülh müqaviləsi imzalamaq təklifini rədd edib

Azərbaycan Xarici İşlər Nazirliyi həll olunmamış məsələlərlə bağlı müzakirələri davam etdirərkən Ermənistanın artıq razılaşdırılmış müddəalar əsasında sülh müqaviləsi imzalamaq təklifinə qarşı çıxıb.

  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bu təklifin onlar üçün qəbuledilməz olduğunu bildirib. O vurğulayıb ki, sülh müqaviləsi yalnız bütün müddəalar razılaşdırıldıqdan sonra imzalana bilər. Hacızadə Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsini istəyib.

  Bu arada Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəlin məhz Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu iddia edib.

  Bayramov qeyd edib ki, rəsmi İrəvana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim ediblər, ancaq danışıqlar prosesində bəzi problemlər qalır:

  “Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Beləliklə də sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”, – deyə Bayramov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 1 =