Əraqçi: İran və Ərəbistan arasında əlaqələr sürətlə genişlənir

Əraqçi: İran və Ərəbistan arasında əlaqələr sürətlə genişlənir

İranın Xarici işlər naziri deyib: “İraq kimi Səudiyyə Ərəbistanı da qonşuluq siyasətimizdə xüsusi yer tutur.”

Seyid Abbas Əraqçi Səudiyyə Ərəbistanının “Əl-Şərq” xəbər kanalına eksklüziv müsahibəsində deyib: “İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər bir neçə ildir ki, çox yaxşı istiqamətdədir və irəliləyir.”

Təfərrüatları tezliklə dərc olunacaq bu müsahibəsində Xarici İşlər naziri əlavə edib: “Keçmişdə problemlərimiz var idi və biz İraqın, daha sonra Çinin köməyi ilə ikitərəfli münasibətlərin bərpasına qayıtdıq. Son bir neçə ildə bu əlaqələr yaxşı sürətlə genişlənir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 1 =