Netanyahu beynəlxalq həbsdən qaçmaq üçün yeni hiylələr qurur

Netanyahu beynəlxalq həbsdən qaçmaq üçün yeni hiylələr qurur

Sionist rejim mediası baş nazirin Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderindən xilas olmaq üçün yeni hiylələri barədə məlumat yayıb.

Fars İnformasiya Agentliyinin “The Times of Israel” qəzetinə istinadən yazır: Ədliyyə naziri Yarvin Levin Netanyahunun göstərişi ilə baş prokurordan Netanyahu və Yoav Qalantı Qəzza müharibəsi ilə əlaqədar araşdırmalar üçün cinayət işi açmasını istəyib. Onların məqsədi Beynəlxalq Cinayət Məhkəməsinin sionist rejimin bu iki məmuruna qarşı həbs orderindən yan keçməkdir.

Sionist rejimin 12-ci kanalı bildirib ki, Netanyahu bu işin açılması və dərhal bağlı elan olunmasını, Haaqa Məhkəməsi qarşısında bu müharibə ilə bağlı araşdırma apardığını iddia edə bilməsini və onun əlavə müdaxiləsinə ehtiyacı olmadığını sübut etmək istəyir.

Məlumata görə, İsrailin baş prokuroru bu tələbi qəbul etməyib və bildirib ki, bunun açıq-aşkar saxtakarlıq olduğunu, Beynəlxalq Məhkəməni qane etməyəcəyini deyib.

Həmçinin o, Haaqa Məhkəməsi üçün 7 oktyabr hücumları və ondan sonrakı Qəzza müharibəsi ilə bağlı Dövlət İstintaq Komissiyası kimi tanınan İsrailin yalnız ən yüksək səviyyədə cinayət araşdırmasının kafi ola biləcəyini diqqət  mərkəzinə çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 12 =