MSK: Saxtakarlıqlar nəticələrə təsirsizdir

MSK: Saxtakarlıqlar nəticələrə təsirsizdir

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyası son parlament seçkilərinin ümumi nəticələri və məsələnin Konstitusiya Məhkəməsinin təsdiqinə verilməsi haqqında protokolu təsdiqləyib.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov bildirib ki, 46 seçki məntəqəsində nəticələr etibarsız sayılsa da sentyabrın 2-nə keçən gecə elan edilmiş nəticələrə təsir göstərməyib. Yəni, bu saxtalaşdırma və pozuntuların qeydə alındığı məntəqələrdə bütün deputatlar tanınıb.

Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi 10 gün ərzində seçkilərin nəticələrini yoxlamalı və təsdiqləməlidir.

Xatırladaq ki, bu seçkilərdə seçici fəallığı 37,27% olub.

Mərkəzi Seçki Komissiyasının şikayətləri ciddi araşdırmadan parlement seçkilərinin ümumi nəticələrini təsdiq etməsi təəssüf doğurur, – Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Turan-a bildirib. 

Kütləvi ciddi pozuntuların müəyyən edilməsi bütövlükdə seçki prosesinə inamı sarsıdır və seçkilərin ləğvini zəruri edir.

“Nəticələr ədalətli deyil. Bu, təkcə Azərbaycanın seçki sistemini deyil, həm də ölkənin demokratik proseslərinin tamamilə  böhran halına gəldiyini, iflas etdiyini göstərir”, – Məmmədzadə deyib.

Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələrini ləğv etməməsi xalqın səsinə hörmətsizlikdir və ədalətli  seçki hüququnun tapdalanmasıdır”, – Məmmədzadə deyib.

Öz növbəsində 70 saylı Neftçala seçki dairəsindən namizəd olmuş Vəfa Nağıyeva  seçkilərin nəticələrini məhkəmədə mübahisələndirmək niyyətindədir, çünki dairə seçki komissiyası və Mərkəzi Seçki Komissiyası şikayətləri effektiv araşdırmayıblar. O, hüquqları bərpa olunmadığı təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =