Əraqçi: İrandan Yəmənə silah göndərilməsi iddiası yalan və təhqirdir

Əraqçi: İrandan Yəmənə silah göndərilməsi iddiası yalan və təhqirdir

İran İslam Respublikasının Xarici İşlər naziri çıxışında sionist rejim hamilərinin İranın Yəmənə silah göndərməsi ilə bağlı yalan iddiasına toxunaraq, bu iddiaları Yəmən xalqına qarşı təhqir kimi qiymətləndirib.

İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi Yəmənin Əl-Məsirə kanalına müsahibəsində deyib: “Yəmən müqavimət oxunun mühüm tərəflərindən birinə çevrilib və Qəzzəyə dəstək verməkdə müstəsna rol oynayır.”

O deyib: “İranı Yəmənə silah göndərməkdə ittiham etmək Yəmən xalqına qarşı təhqirdir. Çünki bu ölkə texnologiyaya malikdir və hərbi arsenalını gücləndirə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 16 =