Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçiriblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları növbəti görüşlərini keçiriblər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini keçirib.

Oxu.Az-ın məlumatına görə, Litva ilə qarşılaşan kişilərdən ibarət yığma 1.5:2.5 hesabı ilə uduzub.

Aydın Süleymanlı – Titas Stremaviçius 0.5:0.5

Nicat Abasov – Paulus Pultineviçyus 0:1

Şəhriyar Məmmədyarov – Valeri Kazakovski 1:0

Maqomed Muradlı – Tomas: 0

Vyetnam ilə üz-üzə gələn qadınlardan ibarət milli isə qələbə qazanıb – 2.5:1.5.

Günay Məmmədzadə – Ly Pham 0:1

Ülviyyə Fətəliyeva – Thi Vo 1:0

Gövhər Beydullayeva – Phong Lung 1:0

Xanım Baladjayeva – Nqoc Bax 0.5:0.5

Qeyd edək ki, kişilərdən ibarət yığma buna qədər Monteneqro (3:1), İordaniya (3.5:0.5), Finlandiya (3.5:0.5) və Moldovanı (3:1) məğlub edib, Hindistana uduzub – 1:3.

Qadınlardan ibarət komanda isə Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub, Argentina və Ukrayna ilə heç-heçə edib – 2:2.

Azərbaycan milliləri bu gün Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.

VI turda Azərbaycanın kişilərdən ibarət seçmə komandası Litva ilə qarşılaşacaq.

Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.

Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.

Qadınlardan ibarət seçməmiz isə Vyetnamla üz-üzə gələcək. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.

Kapitanı Mixail Şereşevski olduğu seçmə komanda Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.

Qeyd edək ki, qarşılaşma üçün heyətlər hələ müəyyənləşməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − six =