Sionist media: Həmas Qəzzanın şimalında gözlənildiyindən daha sürətlə restavrasiya edilir

Sionist media: Həmas Qəzzanın şimalında gözlənildiyindən daha sürətlə restavrasiya edilir

Sionist medialar Həmasın Qəzzanın şimalında dirçəliş sürətinin İsrail ordusu tərəfindən onun hərbi imkanlarını darmadağın etmək sürətindən daha yüksək olmasından xəbər verirlər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin Kan kanalı dünən axşamkı (16 sentyabr) xəbərdə deyib: İsrail bir neçə aydır Qəzzanın şimalına daxil olmadığı üçün Həmas bu fürsətdən istifadə edərək öz gücünü yeniləmək və “müharibənin növbəti mərhələsinə girməyə” nail olub.

Məlumata görə, son günlər İsrailin Qəzzanın şimalında hava hücumlarının əhəmiyyətli dərəcədə artmasının səbəbi də məhz elə budur.

Həmas oktyabrın 7-də Fələstinin 70 ildən çox işğalı, 20 il Qəzzanın mühasirəsi və minlərlə fələstinlinin həbs və işgəncələrə məruz qalmasına cavab olaraq, Əl-Əqsa Tufanı əməliyyatına başlayıb. Bu zəmində müqavimət qüvvələri bir neçə nöqtədə sərhəd hasarlarını keçərək işğal olunmuş ərazilərə daxil olub, kəndlərə hücum edib və bununla yanaşı çoxlu sayda israillini də əsir götürərək  bu ərazini tam mühasirəyə alıb. Ekspertlərin fikrincə Əl Əqsa Tufanı əməliyyatı İsrailə təhlükəsizlik  və siyasi cəhətdən böyük zərbələr vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =