Livandakı sionist cinayəti dünyanı hiddətə gətirdi
Dünyanın müxtəlif ölkələrindəki müqavimət qrupları Livanda baş vermiş terrorla bağlı reaksiyalarını gizlətməyib.
İRNA-nın məlumatına əsasən, İranın xarici işlər naziri Abbas Əraqçi Livan xarici işlər naziri Abdullah Buhəbiblə telefon danışığında sionist rejimin Livan vətəndaşlarını hədəfə alan terrorunu qəti şəkildə qınayıb.
Bu telefon danışığında, Əraqçi Livan hakimiyyətinə başsağlığı verərək yaralıların müalicəsi üçün hər hansı bir yardım və ya köməklik göstərməyə hazır olduğunu elan edib.
Bu zəmində BMT nümayəndəsi, Misir, Suriya, İraqın Hizbullah, Nücəba Hərəkatları, Yəmən dövləti, Ənsarullah Hərəkatı, Alimlər Şurası, İordaniya, Livan, Həmas, Fələstin İslami Cihad Hərəkatı, Fələstin Əsirləri Hərəkatı kimi digər müqavimət qrupları da bu terror hadisəsinə kəskin reaksiya veriblər.