New York Times: İsrail Livanda olan peycerlərə partlayıcı maddələr qoymuşdu
New York Times qəzeti Beyrutda baş verən terror hadisəsinin səbəbini Tayvanda istehsalı edilən peycerlərə partlayıcı maddənin yüklənməsi olduğunu iddia edib.
İRNA-nın məlumatına əsasən, qəzet yazıb: Livan Tayvan şirkəti “Gold Apollon” peycerini sifariş etdikdən sonra Livana daxil olmazdan əvvəl onlara idarə olunma sistemi yüklənib.
Məlumata görə, adlarının açıqlanmasını istəməyən iki rəsmi bu peycerlərin batareyasına 1-2 unsiya partlayıcı qoyulduğunu və bu partlayıcının uzaq məsafədən idarə olunma qabiliyyəti olduğunu deyiblər.
New York Times həmçinin yazır: Bu rəsmilərin verdiyi xəbərə görə dünən saat 15:30-da Livan Hizbullahı tərəfindən peycerlərə mesaj göndərilib. Əlbəttə bu bir iddia olsa da, bir neçə saniyə sonra peycer istifadəçiləri cihazlarının partlayışı ilə üzləşib.
New York Times həmçinin bu peycerlərin bir siqnaldan sonra partladığını da elan edib.