Quterreş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır

Quterreş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır

BMT Baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Şurasında (TŞ) vetodan istifadə imkanının ləğvi ehtimalına şübhə ilə yanaşıb.

Bu barədə o, BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

“Vetodan istifadə təcrübəsini sevdiyimi düşünürsünüzsə, bu, belə deyil. Vetonun ləğvinə əmin olduğumu desəm, yalan danışaram”, – o deyib.

Onun sözlərinə görə, BMT TŞ-nin yeni daimi üzvlərlə genişləndirilməsi ilə bağlı razılığa gəlmək vetonun ləğvi üzrə razılaşmadan daha asandır.

Quterreş qeyd edib ki, TŞ-nin genişləndirilməsi, eləcə də şurada prosedurların şəffaflığının artırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi məsələlərində irəliləyişə ümid edir.

“Lakin mən vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram”, – Baş katib vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + eight =