Sabah İsrail Azərbaycanı hədəfə almayacaqmı?

Sabah İsrail Azərbaycanı hədəfə almayacaqmı?

Sionist İsrail rejiminin Livanda mülkiyə qarşı peycer terrorundan sonra Azərbaycan Respublikasının işğalçı rejim ilə İnformasiya Texnologiyaları zəminindəki əməkdaşlıqları ciddi nigarançılıqlara səbəb olub.

Azərbaycan hökuməti İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir.Bu barədə son günlər İsrailin “Globes” nəşri məlumat yaymışdı.

Sual yaranır: Azərbaycanın İT texnologiyaları sahəsində mütəxəssisləri yoxdurmu İsrailə müraciət edir?

Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Azərbaycanda bu sahədə kifayət qədər gənc mütəxəssislərin mövcud olduğu ancaq işsiz qaldığını xatırladıb və eyni zamanda dünyada bu sahəyə dövlət tərəfindən ciddi nəzarət sisteminin olduğunu bildirib.  

“Məsələn, ABŞ-da hər hansı İT şirkətində hətta menecerdən aşağı səviyyədə proqram mühəndisi vəzifəsi almaq üçün mütləq təhlükəsizlik yoxlamasından keçmək lazımdır. Bu mənada sual yaranır, Azərbaycanda həmin təhlükəsizlik məsələlərinə riayət olunurmu. Məsələ ondadır ki, coğrafi mövqeyimiz elədir ki, Azərbaycan üzərindən bir neçə dövlətə qarşı kiber casusluq əməliyyatları keçirilə bilər”,-deyə Ərəstun Oruclu deyib.

Ekspert öz dediklərinə Azərbaycan üzərindən İrana keçən internet kanallarına qarşı bir kiber hücum nümunəsini misal göstərib:

“Məsələn, 2017-ci ildə Masallıda Telefon Qovşağının partladılması barədə yazmışam. Üçüncü dövlətin təmsilçiləri gəlib orada casus texnikası quraşdırıb, internet kanalına nəzarət etdiyi üçün partladıldı, belə bir ehtimal var idi. Amma rəsmi mənbələr qaz sızmasından partlayış olduğunu bildirirdi. Halbuki, araşdıranda məlum oldu ki, orda qazlaşma olmayıb. Yaxud Eldar Mahmudov vəzifədən kənarlaşdırılandan bir neçə gün sonra “DeltaTelekom”da partlayış olmuşdu. Bütün bunlar Azərbaycanda İT sahəsinin  çirkin niyyətlərlə istifadə olunduğunun göstəricisidir, mən hələ “Peqasus” proqramlarından istifadəni demirəm”, – deyə ekspert bildirib.

 Ərəstun Oruclu Livandakı son peycer partlamasını iri miqyaslı kiber terror aktı adlandırıb:  “İndi sual yaranır: sabah İsrail gəlib Azərbaycanda hansısa mərkəzlər quranda ölkə hədəfə gəlməyəcəkmi, buna kim təminat verə bilər?”,- Ekspert vurğulayıb.

Ərəstun Oruclu Sionist rejim şirkətlərinin Azərbaycandakı fəaliyyətlərinin qonşularla münasibətlərə xələl gətirdiyini də diqqətə çatdırıb:  

“ İsrail şirkətlərinin Azərbaycandakı fəaliyyəti nə Rusiyanı, nə İranı, nə Türkiyəni qane edir, o zaman bizə bu riskləri artırmaq nəyə lazımdır…?”,- Ekspert deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − seven =