“Kətaib Hizbullah” Suriyadakı hərbi müşavirlərindən birinin şəhid olduğunu elan etdi
İraqın “Kətaib Hizbullah” hərəkatı bəyanat yayaraq Əbu Heydər əl-Xəfacinin cihad missiyası zamanı sionist rejim tərəfindən şəhid edildiyini elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İraq Hizbullahı bu gün (20 sentyabr) yayımladığı bəyanatda əlavə edib: Bu əziz şəhid Suriyada təkfirçi terror qruplaşmaları ilə vuruşmaq və Həzrət Zeynəbin (s.ə) hərəmini müdafiə edən döyüşçülərdəndir.
İraqın Hizbullah hərəkatı əlavə edib: Qəzza zolağında və İordan çayının qərb sahilində məzlum Fələstin xalqını dəstəkləyib onları müdafiə edəcəyimizə Allah dərgahında söz veririk.
Qeyd edək ki, bu gün səhər (20 sentyabr) bəzi KİV-lər Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda avtomobilə hava zərbəsi endirilməsi barədə məlumat yaymışdı. Bu media bu hücumun bir şəhid və bir yaralı olduğunu açıqlamışdı.