Fələstinin şimal hava məkanı bağlandı

Fələstinin şimal hava məkanı bağlandı

İşğal olunmuş Fələstinin şimalındakı bölgələrin hava məkanı Hizbullahın hücumları qorxusundan bağlı elan edilib.

İRNA-nın verdiyi məlumata görə, sionist rejim mediası bu gün (21 sentyabr) Fələstinin şimalında, Həyfanın cənubundakı “əl-Xudira” şəhərindən Livan sərhədlərinə qədər ərazilərin hava məkanının bağlanmasından xəbər verib.

Məlumata görə bu bölgədə hava məkanının bağlanmasına səbəb gərgin vəziyyət və Livan Hizbullahının cavab hücumları ehtimalıdır.

 Qeyd edək ki, İsrail ordusu dünən Beyrutun cənubundakı Zahiyə bölgəsinə hücum edərək bir binanı hədəfə alıb və nəticədə 19 nəfər, o cümlədən Livan Hizbullahının cihadçı komandirlərindən olan İbrahim Əqil şəhid olub və onlarla sivil əhali yaralanıb.

Sionist rejim çərşənbə axşamı və çərşənbə günü Livanda terror əməliyyatları zamanı minlərlə peycer, simsiz cihaz və rabitə sistemini partlatmaqla azı 37 Livan vətəndaşını qətlə yetirib, 4000-dən çox insanı isə yaralayıb.

Dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar Livanda baş verən son partlayışları pisləyib və regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + nineteen =