İran plazma terapiyası ilə koronanı müalicə edən dünyada ikinci ölkədir

İran plazma terapiyası ilə koronanı müalicə edən dünyada ikinci ölkədir

Bəqiyyətullah Tibb Elmləri Universitetinin rektoru deyib: “İran Çindən sonra plazma terapiyası ilə koronavirus xəstələrinin müalicəsi sahəsində dünyada ikinci ölkə olub.”

Həsən Əbülqasmi bazar ertəsi mətbuat konfransında bildirib: “Heç kimin koronanın müalicəsi üçün heç bir dərman bilmədiyi və xəstələrə yalnız oksigen və ya dəstəkləyici tədbirlər verildiyi bir vaxtda Çinin plazma terapiyası və onun istifadəsi ilə bağlı araşdırmaları xəstələri xilas edə bildikdən sonra, bu universitetdə mobil bölmələr yaradıldı və iki həftədən çox müddətə korona xəstəliyinə yoluxmuş insanlara plazma verildi və ampulu vuruldu.” 

Rektor qeyd edib ki, korona xəstələrinin müalicəsində plazma terapiyası yaxşı nəticələr verdi və bizdən sonra Amerika bu müalicə üsulundan istifadə etdi. 

“Korona epidemiyası zamanı çoxlu eniş-yoxuşlar oldu. Bu məqsədlə 26 və 27 sentyabrda Razi Konfrans Mərkəzində koronadan alınan dərslərə həsr olunmuş konfrans keçiriləcək, ölkənin tanınmış professorları bu xəstəliklə mübarizədə əldə etdikləri təcrübələrdən danışacaqlar” – deyə, Həsən Əbülqasmi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 18 =