İsrailin bu ay Fələstində məktəblərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 86-ya çatıb

İsrailin bu ay Fələstində məktəblərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 86-ya çatıb

İsrail sentyabr ayında Qəzza zolağında məktəblərə azı 10 dəfə zərbə endirib, 86 nəfər ölüb.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fələstin üzrə İdarəsinin hesabatında qeyd edilib.

“Təkcə sentyabr ayında 10 məktəbə zərbələr endirilib, nəticədə 86 nəfər həlak olub”, – sənəddə bildirilib.

Məlumata görə, son üç gündə İsrail ən azı üç məktəbə – ikisi Qəzza şəhərində və biri Nuseyrat qaçqın düşərgəsindəki məktəbə zərbələr endirib. Bu hücumlarda 16-sı uşaq olmaqla 32 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =