Pentaqon: Yaxın Şərqə əlavə qüvvələr göndərilib

Pentaqon: Yaxın Şərqə əlavə qüvvələr göndərilib

ABŞ administrasiyası regionda gərginliyin artması ilə əlaqədar Yaxın Şərqə əlavə hərbçilər göndərir.

Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

“Yaxın Şərqdə artan gərginlik fonunda bölgədəki qüvvələrimizi gücləndirmək üçün əlavə hərbi kontingent göndəririk”, – Rayder deyib.

Xatırladaq ki, İsrail ordusu ilə “Hizbullah” döyüşçüləri arasında intensiv qarşılıqlı hücumlar davam edir. İsrail ordusunun Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində 325 nəfər həlak olub. “Hizbullah” silahlı qüvvələri hava hücumlarına cavab olaraq İsrail hərbi obyektlərinə və yaşayış məntəqələrinə çoxsaylı raketlər atıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 13 =