İraq hökumət qüvvələri koalisiyasının rəhbəri Livan xalqına humanitar yardım çağırışı etdi

İraq hökumət qüvvələri koalisiyasının rəhbəri Livan xalqına humanitar yardım çağırışı etdi

İraqın milli hökumət qüvvələri koalisiyasının rəhbəri Seyid Əmmar Həkim Ayətullah Sistaninin bəyanatından sonra bu koalisiya üzvlərini Livan xalqına humanitar yardım göstərməyə çağırıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bu bəyanatda deyilir: Əlahəzrət Ayətullah Sistaninin İsrailin vəhşi hücumları ilə bağlı dərin ağrı ifadə edən bəyanatına hörmət və sədaqətimizlə yanaşır, onunla birlikdə bu vəhşi təcavüzün qarşısını almaq üçün səylərimizi davam etdiririk.

Seyin Əmmar Həkim Milli Hikmət Hərəkatının üzvlərini, bütün dindarları və oyaq vicdanları əziz Livan xalqına humanitar yardımların çatdırılmasında tələsməyə və təşəbbüs göstərməyə çağırıb.

Seyid Həkim həmçinin işğalçıların vəhşi təcavüzünün dayandırılması, Livanın kənd və şəhərlərində günahsız dinc əhalinin müdafiəsi üçün bütün səylərin göstərilmə zəruriliyini vurğulayıb.

O, Uca Allahdan Livan xalqını hər hansı bir bəladan qorumasını, şəhidlərə, xüsusilə də rəşadətli müqavimət döyüşçülərinə Allahdan rəhmət, yaralılara tez şəfa, bütün Livan ölkəsində təhlükəsizlik və sabitliyin qorunması üçün dua edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 11 =