İsrail: Livan müqaviməti raketləri Təl-Əvivin dərinliyini hədəf alacaq

İsrail: Livan müqaviməti raketləri Təl-Əvivin dərinliyini hədəf alacaq

 Livan müqaviməti ilə sionist rejim ordusu arasında işğal olunmuş Fələstin sərhədlərində mövcud gərginlik və tərəflər arasında intensiv qarşılıqlı hücumların kölgəsində, Təl-Əviv təhlükəsizlik ekspertlərinin diqqətini cəlb edib.

Əl Aləm telekanalının məlumatına əsasən, İsrailin 12-ci kanalı bu gün (24 sentyabr) elna edib: Təl-Əvivin təhlükəsizlik qiymətləndirmələrinə əsasən, Livan müqaviməti bazar günü səhər saatlarında Hayfa və Livan sərhədinin cənubundakı İzrael vadisinə raket zərbələri endirdikdən sonra hərbi əməliyyatlarını İsrailin dərinliklərinə keçirməyə çalışacaq.

Times of Israel qəzetində dərc olunan xəbərdə deyilir: Yaxın saatlarda İsrailə daha çox raket atıla bilər və hazırda təxminən 1,5 milyon israilli Livan müqavimətinin hədəfindədir.

Qeyd edək ki, Livan müqaviməti bazar günü səhər saatlarında atdığı raketlərin Hayfa bölgəsindəki “Rafael” müdafiə şirkətinin obyektlərini və İsrail Hərbi Hava Qüvvələrinin “Ramat David” hava bazasını hədəf aldığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 7 =