İran XİN: İsrail BMT üzvlüyünə layiq deyil
İsrail bütün dünya üçün təhlükəsizlik təhdidinə çevrilib və buna görə də BMT-yə üzv olmağa layiq deyil.
Bunu İranın xarici işlər naziri Abbas Araqçı BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Bu rejim BMT üzvlüyünə layiq deyil”, – nazir vurğulayıb.