Sionist media: Livana qurudan hücum İsrail üçün “ölüm tələsidir”

Sionist media: Livana qurudan hücum İsrail üçün “ölüm tələsidir”

İşğalçı rejim rəsmilərinin Livana quru hücumu ilə hədələmələri ilə eyni vaxtda bir sionist qəzet quru hücumunu Livan müqavimətinin İsrail üçün hazırladığı “ölüm tələsi” adlandırıb.

İRNA-nın məlumatına görə, “Yediot Aharnot” qəzeti bu gün (26 sentyabr) sionist rejimin Livana quru hücumunda keçmiş səhvlərinə işarə edərək bu rejim qurudan hücuma hazır olmadığını yazıb.

Məlumata görə 98-ci diviziya da daxil olmaqla hərbi və ehtiyat qüvvələrin şimal sərhədlərinə köçürülməsinə baxmayaraq, qurudan Livana daxil olmaq üçün hazırlıq görülmür. Yüksək rütbəli komandirlərin əksəriyyəti hesab edir ki, İsrail bu məsələdə (Livana qurudan hücum) iki dəfə 1982 və 2006-cı illərdə fəlakətli və acı səhvə yol verdiyi üçün bu dəfə qurudan Livana daxil olmaqdan çəkinməlidir. Çünki bir çoxları ( ekspertlər və komandirlər) bunu Hizbullahın hazırladığı ölüm tələsi hesab edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + thirteen =