İraq müqaviməti: Bu dəfə cavabımız qəsbkar rejimlə məhdudlaşmayacaq

İraq müqaviməti: Bu dəfə cavabımız qəsbkar rejimlə məhdudlaşmayacaq

 İraq Hizbullahının yüksək rütbəli rəsmilərindən biri İraq müqavimətinin İsrail rejiminə qarşı əməliyyatları gücləndirməkdən əlavə bu rejimlə yanaşı, Amerikanın İraqdakı varlığının da bu ölkənin silahlı qüvvələrinə qarşı müqavimətinin hədəfi olacağı ilə bağlı xəbərdarlıq edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İraq Hizbullah batalyonlarının təhlükəsizlik zabiti Əbu Əli Əl-Əskəri bu gün (25 sentyabr)  İsrail rejimi və onun qərbli havadarlarına bu rejimin cinayətlərinin davam etməsi ilə bağlı xəbərdarlıq edərək deyib: İşğalçı rejim tərəfdarlarına da aman verilməyəcək!

İraq İslami müqavimət hərəkatının işğal altındakı Eylat şəhərinə pilotsuz təyyarə ilə hücumu ilə eyni vaxtda yayımlanan bəyanatda deyilir: Birləşmiş Ştatların mütləq pisliyi onlara bağlı olan cinayətkar qurumları və rejimləri qidalandırır. Bu isə region xalqlarını məhv etməkdə şər oxunun bəd niyyətli yanaşmasına əsaslanmaqdan əlavə ikiüzlülük və qorxaqlığın səviyyəsini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + sixteen =