Netanyahunun ofisi Livanla atəşkəsi təkzib etdi

Netanyahunun ofisi Livanla atəşkəsi təkzib etdi

 Sionist rejim baş nazirinin ofisi Livanla atəşkəs razılaşması ilə bağlı dərc olunmuş xəbəri təkzib edərək bu ölkəyə qarşı hücumların artdığını elan edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahunun ofisi bugün (26 sentyabr) bir bəyanatda Livanla atəşkəs haqqında dərc olunan xəbərlərə mənfi reaksiya verib.

Bu bəyanatda deyilir: Atəşkəs haqqında (Livanla) xəbərlər doğru deyil və baş nazir Amerika və Fransanın təklifinə cavab verməyib.

Netanyahunun ofisi əlavə edib: Baş nazir orduya bütün gücü ilə şimalda (Livan sərhədi) müharibəni davam etdirməyi əmr etdi və Qəzza zolağında müharibə məqsədlərinə çatana qədər davam edəcək.

Qətər Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Məcid bin Muhəmməd Əl-Ənsari də Livan və sionist rejim arasında atəşkəs razılaşması ilə bağlı dərc olunan xəbərlərə reaksiyada deyib: Hələlik rəsmi vasitəçilik yolu yoxdur. Biz təklif olunan atəşkəs planı arasında birbaşa əlaqə olduğunu bilmirik.

Sionist “İsrael Hayom” qəzeti bir xəbərdə Hizbullah və İsrail arasında atəşkəs razılaşmasının yaxın bir neçə saat ərzində həyata keçiriləcəyini və intensiv “pərdəarxası” diplomatiyanın iki tərəf arasında demək olar ki, tam razılığa gəldiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + eleven =