Livan müqaviməti  Əkka və Həyfaya raket hücumu etdi

Livan müqaviməti  Əkka və Həyfaya raket hücumu etdi

Livan müqaviməti onlarla raketlə işğal olunmuş ərazilərin şimal bölgələrini hədəfə alıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Livan müqaviməti işğal olunmuş Fələstinin şimalında yerləşən Əkka şəhəri və Həyfa körfəzini onlarla raketlə hədəfə alıb.

Sionist rejimin radiosu daLivandan Əkka şəhəri və Hayfa körfəzinə doğru 45-ə yaxın raketin atıldığını elan edib. İşğalçı ordu sözçüsü həmçinin siren xəbərdarlıqlarının Əkka və Həyfada çalındığını, Dəmir Qübbə qeyd sisteminin bu raketləri tutmağa çalışdığını, çoxlu partlayışlar səbəbinə qeyd edərək sionist qəsəbə sakinlərinin İsrailin şimalındakı Kiryatdakı Şemuna və Əl-Cəlilin sığınacaqlarına yerləşdiklərindən xəbər verib.

Bundan əvvəl bəzi sionist medialar, o cümlədən “İsrael Hayom” Amerika rəsmilərinə istinad edərək İsraillə Hizbullah arasında atəşkəsin yaxın bir neçə saat ərzində tətbiq mərhələsinə keçəcəyini, müzakirələrə başlamaq üçün atəşkəs üçün  münasib şəraitin olduğunu iddia etsə də Netanyahu ofisi bu xəbəri təkzib etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × one =