Sionist medialar: Livan hələ hərbi potensialının 10%-ni nümayiş etdirməyib

Sionist medialar: Livan hələ hərbi potensialının 10%-ni nümayiş etdirməyib

Sionist rejim mediaları Livan müqavimətinin hərbi potensialının hələ 10% -ni nümayiş etdirdiyini və əsas gücünü sonrakı mərhələlər üçün saxladığından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Yediut Aharanut qəzeti dünən (26 sentyabr)  yazıb: İsrailin Livana zərbələr endirməsinin səbəbi Hizbullahın zəifliyi deyil. Əslində Livan müqaviməti öz gücünün hələ 10%-ni belə göstərməyib və gələcəkdə Tel Əvivə ağır zərbələr vuracaq.

Qəzet daha sonra yazır: Analitiklərin fikrincə Hizbullah bəzi məsləhətlərə əsasən, hərbi gücünü nümayiş etdirmək istəmir və İsrailə tutarlı cavab vermək üçün planlar hazırlayır.

Reuters: Livan müqavimətinin tunelləri möhkəmdir

Reuters Agentliyi agah mənbələrə istinadən İsrail hücumlarına qarşı Livan müqavimətinin modern tunellərindəki vəziyyətdən söz açıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Reuters bu gün (26 sentyabr) 3 etibarlı mənbəyə istinadən yazıb: Hizbullahın geniş imkanlara malik olan tunelləri, oradakı silah anbarları və digər hərbi təchizat həddən artıq möhkəmdir və İsrailin ehtimali hücumlarına müqavimət göstərə biləcək həddədir. İsrailin Livanda ağır terror əməliyyatlarına rəğmən Hizbullaha sadəcə xırda bir zərbə vurulmuş oldu. Çünki ABŞ Konqresinin məlumatına görə Hizbullahın 40-50 min hərbi qüvvəsi var. Reutersin verdiyi xəbərə görə Livan müqavimətinin canlı qüvvəsi, təsəvvür olunmaz həddə sürəti olan raketləri Hizbullahın müharibə gücünü birəbeş artırır. Bundan əlavə, onların hələ geniş miyaslı müharibə məqsədləri də yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + one =