Yəmən daha bir Amerikan PUA-nı vurdu

Yəmən daha bir Amerikan PUA-nı vurdu

İnformasiya qaynaqları Yəmənin şimalında Amerikaya məxsus pilotsuz təyyarənin vurulmasından xəbər verirlər.

İRNA-nın bugünkü (30 sentyabr) məlumatına görə, bu pilotsuz təyyarə Yəmənin şimalındakı Səəda vilayətinin səmasında vurulan MQ9 tipli olub.

Bundan əvvəl də (sentyabrın 26-da ) Yəmən silahlı qüvvələri bir həftə ərzində ardıcıl 3 dəfə Amerikanın pilotsuz təyyarəsini məhv etmişdi.

Yəmən silahlı qüvvələri bundan əvvəl də ölkənin müxtəlif bölgələrinin səmalarında, xüsusən də “Mərib” vilayətində Amerikanın bir neçə MQ 9 pilotsuz təyyarəsini ələ keçirmişdi.

Yəmən silahlı qüvvələri ABŞ, İngiltərə və bütün işğalçı qüvvələrin təcavüzünə qarşı mübarizə aparmaq üçün müdafiə imkanlarını gücləndirəcəklərini, eləcə də sionist rejiminin Qəzzəyə qarşı təcavüzü dayandırılana qədər Fələstin xalqını dəstəkləyəcəklərini vurğulayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 8 =