Ən böyük yalançı – Netanyahu

Ən böyük yalançı – Netanyahu

Sionist girovların ailələri işğal olunmuş Qüdsdə baş nazir əleyhinə etiraz aksiyasında Benyamin Netanyahunu ən böyük yalançı adlandırıblar.

İRNA-nın məlumatına əsasən, sionist girovların ailə üzvləri bu gün (30 sentyabr) səhər tezdən işğal olunmuş Qüdsdə keçirdikləri aksiyada bəyanat yayaraq Benyamin Netanyahunun ötən bir il ərzində girovların taleyinə qarşı laqeyd olduğunu qeyd edərək ona xitabən deyiblər: Sənin artıq girovları qaytarmaq qüdrətin olmadığı bir qara ləkəni təmizləyə bilməyəcəksən. Bizim övladlarımızın ölüm hökmünü sən verirsən. Onlar aclıqdan əzab çəkir, ölüm təhlükəsi ilə qarşı-qarşıyadırlar. Onların canı müharibədən daha önəmlidir.

Bəyanatda həmçinin deyilir: Netanyahu, bir daha sənə xatırladırıq! Girovların azadlığı yalnız razılaşma müqaviləsi ilə mümkündür. Amma sən ən böyük yalançısan və bizi də öz yalanlarınla süquta sürükləyirsən.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 7 =