Cabiri Ənsari: Seyid Həsən Nəsrullahın adı regionun tarixində əbədi olaraq qalacaq

Cabiri Ənsari: Seyid Həsən Nəsrullahın adı regionun tarixində əbədi olaraq qalacaq

İran İslam Respublikası Xəbər Agentliyinin (İRNA) Baş direktoru vurğulayıb: “Seyid Həsən Nəsrullahın müstəsna siyasi lider və mübariz ruhani kimi adı və xatirəsi regionun tarixində əbədi olaraq qalacaq.”

İslam Respublikası Xəbər Agentliyinin (İRNA) Baş direktoru Hüseyn Cabiri Ənsari Hizbullahın Tehrandakı ofisində Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı keçirilən anım mərasimində son hadisələrdə medianın roluna toxunaraq deyib: “Bütün yeni müharibələrdə, xüsusən də cari müharibədə media baş verən hadisələr səhnəsinin ayrılmaz hissəsi hesab olunur.”
İRNA-nın Baş direktoru deyib: “Bu böyük savaşın hər iki tərəfi üçün medianın təsiri həm mənfi, həm də müsbət tərəfləri baxımından hərbi hücumlardan və hərəkətlərdən az deyil, bəzən təsiri daha da böyük olur. Bu çoxqatlı və mürəkkəb müharibədə aparıcı beynəlxalq medianın sionist rejimin tərəfdarları ilə möhkəm əlaqəsi var və bu rejim qurulduqdan bəri onun haqqında müsbət təsəvvürlər yaratmağı öhdələrinə alıblar.”
Cabiri Ənsari əlavə edib: “Belə bir zamanda və belə çətin müharibənin ortasında dominant olmayan beynəlxalq medianın faktlara əsaslanan mövzuların işıqlandırılmasında unikal və müstəsna rolu var. Ümid edirik ki, İran İslam Respublikasının media qrupu və müqavimət mühitinə yaxın olan media öz vəzifəsini yerinə yetirəcək.”
Cabiri Ənsari sonda bildirib: “Şəhid Nəsrullah Livan müqavimətini İsraillə qarşıdurma tarixində ən böyük qələbəyə aparan və Fələstinə dəstək üçün öz həyatını qurban verən şəxs idi. Seyid Həsən Nəsrullahın müstəsna siyasi lider və mübariz ruhani kimi adı və xatirəsi regionun tarixində əbədi olaraq qalacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + two =