İsrail Livandan qoşunlarını nə vaxt çıxaracağını açıqladı
İsrail ABŞ-yə Livan ərazisindən qoşunlarını “Hizbullah” hərəkatının infrastrukturunu məhv etdikdən sonra çıxaracağına dair təminat verib.
Barədə ABŞ-nin “Axios” portalına istinadən yazır.
“ABŞ və İsrail rəsmiləri arasında 48 saatlıq yüksək səviyyəli danışıqlar zamanı israillilər Ağ Evi əmin etdilər ki, bu plan (hücum – red.) daha dar yönümlüdür və İsrail sərhədi yaxınlığında “Hizbullah”ın infrastrukturunun təmizlənməsinə, daha sonra isə İsrail Müdafiə Qüvvələrinin (İsrail ordusu – red.) geri çəkilməsinə yönəlib”, – deyə portalın məlumatında bildirilib.