İsrailin Livana quru hücumu ilə bağlı yalanı – Mossad-ın kəşfiyyat bazası və qərargahı “Fadi 4” raket zərbələri altında

İsrailin Livana quru hücumu ilə bağlı yalanı – Mossad-ın kəşfiyyat bazası və qərargahı “Fadi 4” raket zərbələri altında

Livan Hizbullahı sionist rejimin Livana quru hücumunun yalan olduğunu bəyan edərək, 8200 hərbi kəşfiyyat bazasını və Mossad kimi tanınan sionist rejimin kəşfiyyat təşkilatının qərargahını hədəf aldığını bildirib.

Livan Hizbullah Hərəkatının informasiya departamentinin rəhbəri Məhəmməd Əfif Əl-Cəzirə telekanalına müsahibəsində vurğulayıb ki, sionist rejim qüvvələrinin Livana daxil olması ilə bağlı bütün iddiaları yalandır.

Məhəmməd Əfif vurğulayıb: “Müqavimət mücahidləri ilə işğalçı qüvvələr arasında hələ ki, birbaşa quru münaqişəsi olmayıb. Mücahidlərimiz Livan ərazisinə girməyə çalışan düşmən qüvvələri ilə qarşılaşmağa hazırdırlar.”

Hizbullahın informasiya departamentinin rəhbəri deyib: “Livan ərazisinə daxil olmaq istəyən düşmən qüvvələrinə ən çox ziyanı vuracağıq.”

Hizbullah rəsmisi açıqlamasının digər hissəsində deyib: “Sionist rejimin mülki binalarda, o cümlədən dünən Beyrutun cənubundakı Dahiya bölgəsində hədəfə alınan “Əs-Sirat” telekanalının binasında silah və ya silah anbarlarının olması barədə iddiaları yalandır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 3 =