Göbələklərdən kimlər imtina etməlidirlər? – Mütəxəssis izah edir

Göbələklərdən kimlər imtina etməlidirlər? – Mütəxəssis izah edir

“Tərkibində xitinin olduğu üçün uşaqlar və mədə-bağırsaq xəstəlikləri olan insanlar göbələk yeməməlidirlər”.

Bu barədə rusiyalı mütəxəssis Qalina Volkova xəbərdarlıq edib.

Terapevt həkim xitinin pis həzm olunan maddə olduğuna diqqət çəkib.

“Müvafiq olaraq, mədə-bağırsaq xəstəlikləri (xüsusilə kəskinləşmə mərhələsində) olan insanlara göbələk yemək məsləhət görülmür. Həmçinin allergiyası olanlara və uşaqlara da göbələk istehlakı tövsiyə edilmir”, – deyə mütəxəssis bildirib.

Volkovanın sözlərinə görə, uşaqların qidasına göbələkləri böyüdükcə daxil etmək lazımdır. Əgər uşaqları qəfildən belə məhsullarla qidalandırmağa başlasaq, xitin onların digər qida maddələrini mənimsəməsini çətinləşdirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + three =