ABŞ-ın Səudiyyə-Yəmən sərhədindəki gizli bazası ifşa edilib

ABŞ-ın Səudiyyə-Yəmən sərhədindəki gizli bazası ifşa edilib

Səudiyyəli müxalifət fəalı Səid bin Nasir əl-Qəmdi ABŞ-ın Yəmən-Səudiyyə Ərəbistanı sərhədində gizli pilotsuz uçuş aparatları bazasına malik olduğunu və bu bazadan Yəmən müharibəsində fəal şəkildə istifadə edildiyini açıqlayıb.

Səudiyyəli müxalif fəal Səid bin Nasir əl-Qəmdi Yəmən-Səudiyyə Ərəbistanı sərhədində ABŞ-ın Yəmən müharibəsində istifadə etdiyi gizli hərbi bazanın olduğunu açıqlayıb.

Əl-Qəmdi X-də (keçmiş Twitter) yazısında bildirib ki, əl-Harheyr və Şərura bölgələri arasında Amerikanın pilotsuz uçuş aparatları bazası var.

Sözügedən bazanın Google Maps-də açıq şəkildə göründüyünə diqqət çəkən müxalifət fəalı ABŞ-ın Səudiyyə rəhbərliyinin razılığı ilə Yəməndəki qarşıdurmalarda bu bazadan istifadə etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + seventeen =